Ekonomiks 11:00 26.09.2014

iPhone 6 alanların diqqətinə! Telefonunuz əyiləcək! – VİDEO


Sosial şəbəkələrdə və dünya mediasında “iPhone 6 plus“un ciddi qüsuru barədə paylaşım və yazılar çoxalmaqdadır.

Texnobaz.com-un verdiyi xəbərə görə, stifadəçilər telefonun cibdlərində öz-özünə əyilməsini əks etdirən fotolar paylaşmaqdadır.

Unbox Therapy adlı YouTube kanalı da mövzuyla bağlı test videosunu yayınlayınca məsələ daha da ciddiləşib.

Dünən Twitter-in də gündəmi “iPhone 6 Plus” olub. Bir çox istifadəçilər hətta yaradıcı-ironik tweet-lər baylaşaraq öz fantaziylaraını da ortaya qoyublar. Əgər “iPhone 6 Plus” un tanıtım günü Twitter-də 500 min twit yazılmışdısa, əyilmə xəbərləri və twit-ləri dünən 170 mini keçib. Yəni hardasa tanıtım gününün 30 faizi qədər.

İstifadəçilərin mövzuya diqqət çəkmək üçün BendGate hashtag-ı ilə etdikləri paylaşımların sayı isə 45 mini keçib. Diqqət çəkən məqamlardan biri “KitKat” şokoladlarının da bir paylaşımla mövzuya qatılması olub.

Qaynar.info