Ekonomiks 19:30 24.09.2014

“iPhone 6” smartfonunun maya dəyəri nə qədərdir?

“Teardown.com” portalı “iPhone 6” smartfonunun içliyini araşdırıb və müəyyənləşdirib ki, qurğunun aparat hissəsinin maya dəyəri 227 dollar təşkil edir. Bu, “iPhone 5S” qurğusunun maya dəyərindın 15,51 dollar daha çoxdur.

Yeni aparatın ən bahalı elementi ekrandır, onun qiyməti 41,50 dollar təşkil edir. Qiymətinə görə qurğunun ikinci bahalı detalı prosessordur, qiyməti 37 dollar təşkil edir. Yeni smartfona quraşdırılmış kameranın qiyməti isə 16,50 dollardır.

Beləliklə, “iPhone 6 Plus” smartfonunun qiyməti 242,50 dollar təşkil edir. 5,5 düymlük versiyada ekranın qiyməti 51, kamera 17,50 dollardır. “iPhone 6 Plus”un kamerası optik sabitləşmə funksiyasına malikdir. Prosessorun takt tezliyinin bir qədər yüksək olmasına baxmayaraq, qiyməti 37 dollardır.

Nəzərə almaq lazımdır ki, bu rəqəmlər yalnız qurğunun komponentlərinin real qiymətini ifadə edir. Bu qiymətə smartfonların hazırlanması, proqram təminatının yaradılması, qurğuların tanıdılması və başqa xərclər daxil deyil.//annet.az

Qaynar.info