ABŞ-ın əsas şirkətlərindən hesab olunan “Apple” dünən səbrsizliklə gözlənilənyeni iPhone modellərinin təqdimatını həyata keçirib.


“Qaynarinfo” xarici mətbuata istinadən bildirir ki, təqdimat mərasiminin ənmaraqla gözlənilən seriyası iPhone X modeli olub. Sizə yeni iPhone modellərihaqda bütün məlumatları təqdim edirik:


Çərçivəsiz ekrana sahib olan model iPhone-a xas “home” düyməsini tarixəçevirdi. İPhone X modelinin ən diqqət çəkən tərəfi isə Face İD üz tanımaxüsusiyyəti oldu. Eyni zamanda model 64 GB və 256 GB yaddaş tutumuna sahibdir. SuperRetina monitorlu cihazda 5,8 düyüm və 1125x2436 piksel ekran yerləşdirilib. CihazınRAMı 3 GB olacaq.


Qiymətlər Amerikada 999 dollardan başlayacaq. Məhsullar satışa noyabrayından etibarən çıxarılacaq.


İPhone 8 və 8 plus modelləri isə 7S-ə bənzər modellərdir. Bu modellərdəolan yeganə dəyişikliklər wireless enerji cihazı, suya və toza dayanıqlı olmasıdır. Modelin kamerasındaolan yenilik isə daha zəif işıqda daha keyfiyyətli çəkiliş aparmağa imkan yaradır. İphone 8Plusda cüt 12 MP kamera mövcuddur. İphone 8-in 32 GB yaddaş tutumlu modeliAmerikada 699 dollara satılacaq. İphone 8 isə satışa 22 sentyabrdançıxarılacaq.

Nərmin Həsənli

Qaynarinfo.Az