Ekonomiks 15:28 27.05.2015

İphone istifadəçilərinə şad xəbər! - VİDEO

Android istifadəçilərinin sevimli programı olan Notify, artıq Apple versiyasını istifadəyə verdi.

Notify programı vasitəsi ilə istifadəçilər sevdiyi brendlərə üzv olaraq, onların ən son yeniliklərini (endirim, kampaniya, vakansya elanı və s) bildiriş formasında ala bilirlər. Proqramın üstün cəhəti ondan ibarətdir ki, istifadəçilər sevdiyi brendlərlə bağlı hər hansı məlumatları əldə etmək üçün vaxt və enerji sərf etmirlər. İstifadəçilər programa daxil olaraq öz maraq dairələrində olan brendlərə üzv olduqdan sonra onların ən son yenilikləri haqda məlumatları bildiriş formasında ala bilirlər. Gələn bildirişlər isə həm mətn, həm video, həm də şəkil formasında ola bilir ki, bu da istifadəçilərdə təqdim olunan yeniliklə bağlı daha dolğun təsəvvür yaradır.  Digər tərəfdən Notify proqramı digər bildiriş sistemlərindən (Toplu SMS, Toplu E-mail) fərqli olaraq spam xarakteri daşımır, çünki proqramda yüzlərlə brend olmasına baxmayaraq, proqram istifadəçiləri hansı brendlərə üzv olsalar, ancaq həmin brendlərin yeniliklərini bildiriş şəklində ala bilirlər. Programın digər üstün xüsusiyyəti isə ondan ibarətdir ki, istifadəçilər əgər gələn bildirişlərin səsindən və ya zamanından narahatdırlarsa proqramın tənzimləmələr bölməsindən bildirişlərin səsini söndürə bilər və ya müəyyən saat aralıqlarında gəlməsi üçün tənzimləyə bilərlər.

Proqramın yüklənməsi üçün istifadəçilər App Store və ya Play Store-də Notify-Baku yazaraq və ya aşağıdakı qeyd olunan linklərdən istifadə edə bilərlər.

Android : http://bit.ly/android_notify

Apple: http://bit.ly/ios_notify