Foto 12:41 31.07.2018

"iPhone"un 2018 modellərinin görüntüsü yayıldı (FOTO)

Latviyalı dizayner Venya Qeskin "iPhone"un yeni standart modelinin və "iPhone X Plus"ın fotolarını şəxsi twitter hesabında paylaşıb.

Qaynarinfo xəbər verir ki, o, "iPhone X Plus"ın 6,5 düyüm, digər modelin isə 6,1 düyüm ekrana sahib olduğunu qeyd edib. Dizayner göstərilən prototipin son versiya olan "gavalı" konsepsiyasına əsasən hazırlandığını iddia edib.

Fotolardan belə görünür ki, "iPhone X Plus" modelində iki kamera olsa da, standart modeldə bir ədəd kamera var. Həmçinin yeni prototipdə barmaq izi kilidi də yoxdur.

Qeyd edək ki, "Apple"ın yeni modelini sentyabr ayında bazara çıxarması gözlənilir.