Ekonomiks 14:58 06.11.2017

İpoteka kreditləri üzrə fazlər niyə aşağı salındı? (ŞƏRH)

"Adi ipoteka kreditləri üzrə faiz dərəcəsi bir sıra banklarda 8 faizdən 7 faizədək azaldılıb".
 
"Qaynarinfo" xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
 
"Bunun əsas səbəbi son 2 ildə ipoteka kreditlərinə tələbin azalmasıdır. Praktik olaraq, bazardakı aşağı tələb ipoteka krediti faizlərinə təsir göstərməkdədir. Belə ki, mövcud qanunvericiliyə əsasən, adi ipoteka kreditləri üzrə maksimum faiz 8-dir. Bu isə o deməkdir ki, bankların bütün hallarda daha aşağı faizlə ipoteka krediti təklif etmək imkanları hər zaman olub. Sadəcə, son illərədək ipoteka kreditlərə marağın yüksək olması bankların makisumum faizlə kredit təklif etməsinə səbəb olurdu", - deyə o, qeyd edib.
 
Ekspert yaxın zamanlarda ipoteka kreditləri üzrə faiz dərəcələrinin bir qədər də aşağı salına biləcəyini vurğulayıb:
 
"Güman olunur ki, yaxın zamanlarda adi ipoteka kreditləri üzrə faiz dərəcəsi 6 faizədək azala bilər. Bu isə o deməkdir ki, 25 il müddətinə 8 faizlə 150 min manat kredit götürən vətəndaşımız 1157 manat ödəməlidirsə, kredit faizi 7 olanda bu göstərəici 1060 manata, 6 faiz olanda isə 966 manatadək azalır. Deməli, faizlərin 8-dən 7-dək enməsi maksimum məbləğdə kredit götürən şəxsin aylıq ödəniş məbləğinin 97 manat, 6-dək enməsi isə 191 manat azalması deməkdir. Kredit məbləği 75 min manat olanda isə 7 faizli kredit üzrə aylıq ödəniş məbləği 535 manat, faiz 6 faizə düşəcəyi halda isə 480 manat olur. Qeyd edək ki, adi ipoteka istiqrazları orta hesabla 3 faizlə yerləşdirildiyindən onların illik faizlərinin müvəkkil banklar tərəfindən daha da aşağı salınması imkanları var".
 
Qaynarinfo.Az