Ekonomiks 17:56 02.04.2013

İpotekaya 20 milyon manat ayrıldı

Azərbaycan 2013-cü ilin dövlət büdcəsində güzəştli ipoteka kreditləşməsi üçün nəzərdə tutulan 20 mln. manat vəsait artıq Azərbaycan İpoteka Fonduna (AiF) köçürülüb.

Bu barədə «APA-Economics»ə AİF-dən bildirilib.

Bununla da indiyədək dövlət büdcəsindən ipoteka məqsədləri ilə ayrılmış vəsaitin həcmi 156 mln. manata çatıb. Bunun 6 mln. manatı 2005-ci ildə, 20 mln. manatı 2006-cı ildə, 20 mln. manatı 2007-ci ildə, 22 mln. manatı 2008-ci ildə, 11,16 mln. manatı 2009-cu ildə, 16,84 mln. manatı 2010-cu ildə, 20 mln. manatı 2011-ci ildə, 20 mln. manatı 2012-ci ildə, 20 mln. manatı 2013-cü ildə ayrılıb.

Qeyd edək ki, AİF xətti ilə indiyədək verilən ipoteka kreditlərinin ümumi həcmi 435,5 mln. manat təşkil edir. Dövlət büdcəsindən ipoteka məqsədləri ilə ayrılan vəsaitin məbləğini nəzərə alanda ölkədə verilən ipoteka kreditlərinin 35,8%-i dövlət büdcəsi hesabına həyata keçirilir.

Qaynar.info