Siyasət 18:18 27.05.2013

İqbal Ağazadə prezidentlə görüşdü

Bu gün Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyonla görüşüb.  

Qaynar.info-nun məlumatına görə, görüşdə insan haqları, bu il ölkəmizdə keçiriləcək prezident seçkiləri, seçki məcəlləsi, siyasi məhbuslar, o cümlədən, Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olunub.

İ. Ağazadə ölkədəki siyasi durum və  mövcud problemlərlə bağlı fikirlərini Avropa Şurası prezidentilə bölüşüb.

Qaynar.info