Siyasət 14:39 16.04.2013

İqbal Ağazadə: "Partiyadan heç kim istefa verməyib"

"Ruslan İzzətli yarım saat bundan əvvəl partiyanın iclasında iştirak edib"

Bu gün Ümid Partiyasının Gənclər Təşkilatının sədri Ruslan İzzətli bəyanat yayaraq partiyadan çıxdığını açıqlayıb. Məlumatda bildirilir ki, R.İzzətli AXCP sıralarına qoşulacaq. 

O, partiyadan istefa verməyinin səbəblərini də açıqlayıb: "İstefamın səbəbi, partiya siyasətini qəbul etməməyim və son dönəmlər loyal siyasət aparmasıdır. Özəlliklə millətçilik ideologiyasını daşıdığım üçün mən heç zaman Türkiyə-Ermənistan sərhədlərinin açılması kimi bir axmaq ideyanın arxasınca yürüyə bilmərəm. Hər zaman partiyada bu ideyanın əleyhinə getmişəm. Partiya bu rejimə qarşı mübarizə aparmaqdansa, Əli Kərimli və İsa Qəmbər kimi liderlərimizə qarşı addımlar atır. Bu siyasəti qəbul etmirəm və bu gündən AXCP sıralarına qoşulacam".

Məsələ ilə bağlı Ümid Partiyasının sədri İqbal Ağazadə ilə əlaqə saxladıq. İ.Ağazadə Qaynar.info-ya açıqlamasında Ruslan İzzətlinin partiyadan istefa vermədiyini deyib: "Partiyadan heç kim istefa verməyib. Ruslan İzzətli yarım saat bundan əvvəl partiyanın iclasında iştirak edirdi. Yayılan informasiyalar doğru deyil, boş şeylərdir".

İlkin
Qaynar.info