Siyasət 20:07 09.05.2013

İran Azərbaycan sərhədinə hərbi qüvvə yerləşdirir

İran qonşu ölkələrlə sərhədlərinə hərbi qüvvələr yerləşdirir.

APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran Quru Qoşunlarının komandanı, general-mayor Əhmədrza Purdəstan bildirib.

Onun sözlərinə görə, bu cür tədbirlərin həyata keçirilməsi qarşıdan gələn prezident seçkiləri ilə bağlıdır: “Ölkədə prezident seçkilərinin yaxınlaşması ilə İranın ərazi bütövlüyünün mümkün təhlükələr qarşısında qorunması zəruridir. Ordunun da əsas missiyalarından biri sərhədlərdə təhlükəsizlik tədbirlərinin artırılmasıdır”.

Qeyd edək ki, İranda prezident seçkiləri bu il iyunun 14-də keçiriləcək.

Qaynar.info