Ekonomiks 13:53 22.08.2013

İran Azərbaycanda ticarət mərkəzi açmaq istəyir

İran Azərbaycanda ticarət mərkəzi açmaq niyyətindədir.

APA-nın məlumatına görə, bu barədə ölkəmizdə səfərdə olan Ərdəbil Ticarət Palatasının sədri Hüseyn Pirmozəyi bildirib.

Onun sözlərinə görə, bununla bağlı təklif irəli sürülüb: “Bir çox ölkələrdə belə praktika var. Azərbaycanda da bunu etmək istəyirik. Bununla bağlı Azərbaycana müraciət etmişik, bizə yer də ayrılıb, amma bu yer kifayət qədər uzaq ərazidədir. Prezidentlər arasında keçiriləcək görüşlərdə ümid edirik ki, bu məsələ qaldırılacaq və bizə münasib yer veriləcək. Azərbaycan istəsə də, İranda bu ölkənin ticarət mərkəzinin tikintisi üçün də yer ayıracağıq. Bir var, biznesmen gedir İrana, bütün fabrikləri, zavodları gəzir, özünə lazım olan malları alır, bir də var, həmin şəxs gedir İranın ticarət mərkəzinə, mallarla tanış olur, özünə lazım olan malları alır”.

 Qaynar.info