Foto 22:30 22.08.2019

İran bu filmi "Oskar"a təqdim edəcək (FOTO/VİDEO)

İran ilk dəfə "Oskar"a sənədli film təqdim edəcək.

Qaynarinfo xəbər verir ki, "Fəridənin axtarışlarında" adlı sənədli film "ən yaxşı beynəlxalq film" nominasiyasında 92-ci "Oskar" mükafatına təqdim olunacaq.

Qeyd edək ki, film Hollandiyada övladlığa götürülən iranlı qızın taleyindən bəhs edir. 40 il sonra Fəridə bioloji ailəsini axtarmaq üçün İrana gəlir və burada üç ailə ona iddia edir. O, bu ailələrdən hansınən övladı olduğunu anlamağa çalışır. Süjet real faktlar əsasında yazılıb. 
 
Filmin rejissorları Azadə MusəviKuroş Aiatidir.