Dünya 16:25 09.12.2018

İran deputatlarının yarısı rejimi yıxmağa çalışır

İran parlamentinin Məşhəd millət vəkili Cavad Kərim Qüddusi deputatların yarısının rejimin yıxılması üçün çalışdığını iddia edib.

Qaynarinfo xəbər verir ki, millət vəkilinin iddiasına görə, 2009-cu il baş verən fitnə hərəkatında hədəf rejimin yıxılması idi və millət vəkillərinin yarısı bu addımı dəstəkləyir.

Qeyd edək ki, 2009-cu il prezidenti seçkilərində müxalif lider Mir Hüseyn Muvəsi ilə Mahmud Əhmədinejadın mübarizəsi ikincinin qələbəsi ilə yekunlaşmışdı. Seçki nəticəsinə etiraz edən Muvəsi və tərəfdarları küçələrə çıxmış, aksiyalarda 100-dən çox insan ölmüşdü. Hadisələrdə ittiham edilən Muvəsi, həyat yoldaşı Zəhra Rahnəvərd və sabiq məclis sədri Mehdi Kərrubi 2011-ci ildən bəri ev həbsindədir.

Gülşən