Ekonomiks 23:42 18.04.2018

İran dollardan imtina etdi

İran hökuməti ölkənin Amerika valyutasından asılılığının azaldılmasına yönəlmiş səyləri çərçivəsində beynəlxalq hesablamalarda avroya keçid barədə yekun qərar qəbul edib.

"Report” xəbər verir ki, bu barədə qonşu ölkənin dövlət KİV-ləri yazıb.

IRIB dövlət telekanalının məlumatına görə, qərar hökumətin iclasında qəbul olunub.

Bu addım ABŞ və müttəfiqlərinin Tehrana qarşı gördükləri tədbirlərdən sonra atılıb.