Dünya 13:32 16.02.2013

İran dünyanı belə aldatdı - FOTO

İran bir müddət əvvəl təqdim etdiyi "yüksək texnologiyalı hərbi təyyarə"nin maket olduğu iddialarına cavab olaraq təyyarənin qarşı dağlar üzərində uçarkən çəkildiyi fotosunu yayımlayıb.

Qaynar.info-nun məlumatına görə, ancaq bu fotonun da photoshop proqramı ilə işlənildiyi üzə çıxıb.

İslam İnqilabının 34-cü ildönümünə ithaf olunan "Kahhir313" (Fateh) adlı təyyarəsi sərgidə nümayiş olunarkən və qarlı dağlar üzərində uçarkən nümayiş olunan fotolardakı təyyarələrin üzərindəki işıq eyni olduğu üçün eyni görüntüdən təkrar istifadə edildiyi ortaya atılıb.  

İddianı ortaya atan iranlı bloggerlər qarlı dağların isə internetdən götürüldüyünü bildiriblər.

Qaynar.info