Dünya 12:48 08.02.2018

İran Dövlət Televiziyası: Türk ordusu Afrində kimyəvi silahdan istifadə edib

İran Dövlət Televiziyası "Zeytun budağı" əməliyyatı ilə bağlı xəbərində Türkiyənin Afrində kimyəvi silah istifadə etdiyini bildirib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, televiziya sözügedən iddianı ərəbcə yayım edən "El-Aləm" kanalına istinadla verib. Lakin sözügedən telekanalın proqramlarında belə bir iddianın öz əksini tapmadığı üzə çıxıb.

İran Dövlət Televiziyasının bu xəbəri PYD/PKK qaynaqlarına istinadən hazırladığı ehtimal edilir.

Həmçinin xəbərin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun İrana səfərinə yaxın bir zamanda yayımlanması diqqət çəkib.