Dünya 18:24 16.04.2018

İran: "Əməliyyatların əsas məqsədi 3 ölkənin münasibətlərini pozmaqdır"

"ABŞ, İngiltərə və Fransanın Suriyaya hücumunun əsas məqsədi İran, Türkiyə və Rusiya arasındakı əməkdaşlıq münasibətlərini pozmaqdır".

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran XİN-in sözçüsü Bəhram Qasımi deyib. O, ABŞ-ın Astana konqresində iştirak etməməsi səbəbindən qəzəbli olduğunu və buna görə belə addımlar atdığını deyib:

"ABŞ boş yerə çabalayır. Çünki İran, Türkiyə və Rusiyanın terrora qarşı mübarizdə və Suriyanın ərazi bütövlüyü və suverenliyi naminə strateji əməkdaşlığı bütün ixtilaflara baxmayaraq davam edəcəkdir. ABŞ-ın bu davranışlarının səbəbi onun Astana konqresində iştirak etməməsidir. Aydındır ki, ABŞ buna görə çox narahat və qəzəblidir. Çünki Dünya gündəminin ən böyük böhranlarından biri öz həllini tapmaqdadır və ABŞ da bu prosesdə iştirak etmir", - deyə XİN sözçüsü bildirib.