Dünya 17:27 17.09.2018

İran İdlib əməliyyatında iştirak etməyəcək

İranın xarici işlər naziri Bəhram Qasımi ölkəsinin İdlib əməliyyatında iştirak etməyəcəyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Qasımi İranın Suriya ordusunun İdlibdə təşkil edəcəyi əməliyyatda yer almayacağını bildirib və məsələnin Suriya xalqına zərər vermədən həll edilməsinin vacibliyini vurğulayıb. Sözçü həmçinin İranın Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini və ölkənin qısa müddətdə terrorçulardan təmizlənməli olduğunu qeyd edib.

Gülşən