Dünya 12:36 06.12.2018

İran iqtisadiyyatı çökür: 721 min əfqan ölkəni tərk etdi

İrana işləmək üçün gələn əfqanlar ölkəni tərk edir.

Qaynarinfo xəbər verir ki, 1 dekabr tarixinə olan məlumata görə, son dövrlərdə İranı 721 min əfqan tərk edib, Pakistana qayıdanlarla birlikdə bu rəqəm 752 mindir. İşçilərin ölkələrinə geri qayıtmalarının səbəbi ABŞ sanksiyalarından sonra İranda yaranan iqtisadi böhran, pul vahidinin 70% dəyər itirməsidir. Miqrantların ölkələrinə pul göndərə bilməməsi Əfqanıstan iqtisadiyyatına da ciddi zərər verib. 

İran mediasının məlumatına görə, ölkəyə gələn əfqanların böyük hissəsi Əfqanıstana qayıdıb, bir qismi isə Türkiyə vasitəsilə Avropaya getməyə çalışır. 

Gülşən
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!