Dünya 13:06 01.07.2013

İran kanallarının yayımına qadağa qoyuldu

Avropanın yayım peykləri İranın bütün kanallarının yayımını dayandırıb. 

Qaynar.info-nun məlumatına görə, iyulun 1-dən etibarən İranın ingilisdilli Press TV-nin Avropanın Hotbird, Eutelsat, İntelsat və Avstraliyanın Optus peykləri vasitəsilə yayımına qadağa qoyulub. 

Bununla yanaşı ispandilli Hispan TV, xəbər kanalı əl -Aləm və əyləncə kanalı olan iFilm də yayımını adıçəkilən peyklər vasitəsilə yayımını dayandırıb. 

Press TV-nin məlumatına görə, iyunun 19-da İranın Yayım Xidməti İntelsat kompaniyasından ABŞ-ın tətbiq etdiyi sanksiyalar çərçivəsində yayımın dayandırılacağı ilə bağlı xəbərdarlıq göndərilib. 

Qaynar.info