Siyasət 17:28 15.10.2019

İran məclisi kürd terrorçular üçün yasa batıb: Güneyli millət vəkilindən sərt reaksiya

"İran Məclisi Suriyadakı terror qruplaşmasının yığıncağına çevrilib”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Güney Azərbaycanın Mərənd və Culfa əyalətlərindən seçilmiş millət vəkili Məhəmməd Həsənnejad deyib. 

Məhəmməd Həsənnejad bəzi İran millət vəkillərinin PYD/PKK terror ünsürlərini dəstəkləməsinə sərt reaksiya verib. Deputat İran millət vəkillərini Türkiyənin terroristlərə qarşı başlatdığı "Barış pınarı” hərəkatına dəstək verməməkdə günahlandırıb:
 
"Biz dünənə qədər bu Məclisdə onların ABŞ-ın dəstəklədiyi terrorçu olduğunu deyirdik. İndi niyə bu terrorçulara görə yasa batmısız? Bəzi millət vəkillərinin "Barış pınarı” hərəkatının kürd millətinə qarşı hərbi əməliyyat olması barədə danışan bəzi millət vəkillərinə gəldikdə, "kürd milləti” ifadəsini terrorçularla bağlı dilə gətirmək tamamilə yanlışdır. İndi deyin, bu, İran parlamentidir, yoxsa Suriya kürdlərinin parlamenti?”

Alpər