İran Mərkəzi Bankının İqtisadi araşdırmalar və siyasətlər idarəsi iqtisadi göstəriciləri açıqlayıb.

Trend-in məlumatına görə, 2017-ci ilin iyun ayının 21-dən 2018-ci ilin 21 iyununadək məhsulların qiymət göstəricisi və inflyasiyada dəyişiklik ötən ilin analoji dövrü ilə müqayisədə 9,4% olub. 21 may-22 iyun aralığı ondan öncəki bir ayla müqayisədə 4,3% və ötən ilin analoji dövrü ilə müqayisədə 13,7% olub.

Amerika Birləşmiş Ştatlarının İran neftinin satın alınmaması ilə əlaqədar neft müştərilərinə təzyiq göstərməsi və İranda devalvasiyanın baş verməsini nəzərə alaraq İran Mərkəzi Bankının növbəti aylarla müqayisədə inflyasiya göstəricisində artımın olacağı qaçılmazdır.