İranın rəsmi xəbər agentliyi Press TV Menbiç şəhərindəki hücuma görə Türkiyə Milli Kəşfiyyat İdarəsini (MİT) ittiham edib və saxta bir paylaşımı gerçək kimi göstərərək, özünü biabır edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, agentlik "Kurtlar Vadisi" serialının baş rol ifaçısı Necati Şaşmazın MİT-in tapşırığı ilə terrorçuq fəaliyyəti göstərdiyini və Menbiçdəki terroru da onun gerçəkləşdirdiyini irəli sürüb.
Sosial şəbəkələrdə oxucular tərəfindən çoxsaylı iradlar gəldikdən sonra agentlik xəbəri silmək məcburiyyətində qalıb.
Şərhlər