İdman 15:30 30.01.2019

İran millisinin oyunçuları Azərbaycan klubunda

Futzal üzrə Yüksək Liqanın lideri "Araz” heyətini gücləndirməkdə davam edir. 

Qaynarinfo Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qış fasiləsi zamanı Ramiz Çovdarov, Ruzigar İbrahimzadə, Elşən İbramxəlilov Adəm Həbibovla yollarını ayıran son çempion İrandan dəvət olunmuş futzalçılarla güclənib.

Mövsümün ilk iki dövrəsində yerli klublarda forma geyinmiş Ali Mikaili, Masoud Nasirzadeh, Mehemmede Reza RouhiSadiq Cavidlə anlaşan "Araz” İran çempionatında çıxış etmiş, hətta bu ölkənin milli komandasının yoldaşlıq oyunlarına cəlb edilmiş 2 futzalçını da transfer edib. Söhbət 24 yaşlı Memmedtaha Neymeti və 27 yaşlı Abulfez Hosseynidən gedir.

Hücumçu olan Neymeti "Mogavimeti”, müdafiədə çıxış edən Hosseyni isə "Parsian Gods”da çıxış edib. Yeni oyunçularla mövsümün sona qədər müqavilə imzalanıb.