İran parlamenti xarici məhsulların reklamınının qadağan edilməsi barədə qərar qəbul edib.
Qaynarinfo xəbər verir ki, qəbul edilən 19 saylı qanuna görə, ölkədə istehsal edilən məhsullara bənzər xarici firma mallarının televiziya, radio, qəzet, bilbord və s. yerlərdə reklamına icazə verilməyəcək. Qadağa, istehsalı İranda həyata keçirilən xarici məhsullara tətbiq edilməyəcək.
Qeyd edək ki, ABŞ ötən ilin 7 avqust və 5 noyabr tarixlərində İranın ABŞ dollarını əldə etməsi, neft, alüminium, polad, kömür, qızıl və digər dəyərli metalların, sərnişin təyyarəsi hissələrinin satışına ciddi sanksiyalar tətbiq edib. Reklam qadağasının səbəbi ölkənin idxaldan asılılığını azaltmaq, yerli məhsulların satışını təmin etmək, ölkə iqtisadiyyatına dəyən xeyirin miqdarını artırmaqdır.
Gülşən
Şərhlər