Dünya 23:10 23.02.2019

İran polisindən əməliyyat: 1,2 ton narkotik ələ keçirildi

İran polisi bu gün Sistan-Bəlucistan ostanında əməliyyat keçirib. 

Qaynarinfo xəbər verir ki, əməliyyat zamanı narkotik qaçaqmalçılığı ilə məşğul olan dəstə zərərsizləşdirilib. Polisin əməliyyatı Səb və Suran şəhərlərini əhatə edib.

Vilayətin polis rəisi Məhəmməd Qəmbəri bildirib ki, Əfqanıstandan İrana qaçaqmalçılıq yolu ilə gətirilən 1,2 ton narkotik vasitə ələ keirilib. Qaçaqmalıların məqsədi narkotiki Avropaya göndərmək olub.