Dünya 21:46 11.12.2012

İran: “Raketlərimizin hədəfi İsraildir”

İranlı komandir Əli Hacızadə ölkəsinin raket texnologiyası barədə məlumat verib

Moderator.az-ın Türkiyənin “Bugün” qəzetinə istinadənverdiyi xəbərə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) HavaQüvvələri komandanı, briqada generalı Əmir Əli Hacızadə uzunmənzilliraketlərin İsrail üçün nəzərdə tutulduğunu deyib.  

“Fars News” agentliyinin yaydığı məlumata görə, briqada generalıHacızadə “Zəfər günü” adlı konfransda çıxışı zamanı İranın rakettexnologiyasından danışaraq, ölkənin çox çeşidli, qısa, orta vəuzunmənzilli raketlərə malik olduğunu deyib.

“2 min kilometrdən daha uzun məsafəni vuran raketlərimiz var, ancaq buna ehtiyacımız yoxdur”, - deyə, o qeyd edib.

“Uzunmənzilli raketlərimizin hədəfi sionist İsraildir” – general deyib.