Dünya 09:01 10.10.2019

İran rusiyalı jurnalisti sərbəst buraxdı

İran höküməti oktyabrın əvvəlində Tehranda saxlanılan rusiyalı jurnalist Yuliya Yuziki sərbəst buraxıb.

Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı Rusiyanın İrandakı səfirliyi yayıb. Məlumatda Yuzikin İrandan Moskvaya təyyarə ilə yola salındığı bildirib.    

Xatırladaq ki, jurnalist Yuliya Yuzik oktyabrın 2-də Tehranda saxlanılıb. İran tərəfi onu İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilib. Kreml belə bir addımın yolverilməz olduğunu bildirib.