İdman 13:49 18.09.2019

İran bəyanat yaydı: "DQR" komandasının iştirakına icazə verilməyib"

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi bəyanat yayıb.

Qaynarinfo xəbər verir ki, səfirlik Tehranda keçirilən erməni idman olimpiadasında Dağlıq Qarabağdan hər hansı bir komandanın iştirakı etmədiyini bildirib.

Səfirliyin İran İslam Respublikasının rəsmi idman orqanlarından aldığı xəbərə əsasən, Dağlıq Qarabağdan hər hansı bir komandanın bu idman olimpiadasında iştirakı üçün heç bir icazə verilməyib. Həmçinin bildirilir ki, bu olimpiada qeyri-siyasi xarakter daşıyır və ondan siyasi məqsədlər üçün istifadə edilməsinə yol verilməyəcək. Səfirlik bir daha vurğulayır ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi ilk və ağır günlərində həmişə qardaş Azərbaycan dövlətinin və millətinin yanında olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməklə bu siyasətini dəyişməyəcək. İran və Azərbaycan dostluğu əbədidir və həqiqətə uyğun olmayan xəbər və şayiələr iki millətin dost və qardaşlığına xələl gətirə bilməz.

Qeyd edək ki, İranın paytaxtı Tehran şəhərində 48-ci Erməni Olimpiadası keçirilir. Oyunlarda Dağlıq Qarabağda yaradılmış terrorçu rejimin yığmasının da iştirak etdiyi deyilirdi.