Dünya 15:26 27.05.2013

İran sərhədyanı vilayətlərdə nəzarəti gücləndirir

İran qarşıdakı prezident seçkilərinə hazırlıq çərçivəsində təhlükəsizlik məqsədi ilə sərhədləri boyunca nəzarəti gücləndirmək niyyətindədir. 

Trend-in verdiyi məlumata görə, bunu İranın Sərhəd Polisinin komandir müavini Məhəmməd Rza Tavusi deyib.

Onun sözlərinə görə, Sərhəd Polisinin bölmələri insidentlərin baş verməməsi üçün İranın sərhədyanı vilayətlərində səsvermənin gedişatına nəzarət edəcəklər.

Komandir müavini qeyd edib ki, Sərhəd Polisinin qüvvələri 15 vilayətdə hərbi hazırlıq vəziyyətinə gətiriləcək.

Xatırladaq ki, ölkədə 11-ci prezident seçkiləri iyunun 14-nə təyin edilib.

Qaynar.info