Dünya 14:03 20.04.2013

İran son hərbi nailiyyətlərini təqdim etdi



İran Milli Silahlı Qüvvələr Günü münasibəti ilə şənbə günü hərbi sahədə əldə etdiyi üç nailiyyətini təqdim edib. Bu barədə "Fars" agentliyi xəbər yayıb

Simsiz rabitə sistemi, raketlərin buraxılış sistemi və T-72 tank simulyatoru İran ordusunun əldə etdiyi yeni naliyyətlərdir.

Cümə axşamı Milli Silahlı Qüvvələr Günü münasibəti ilə keçirilən paradda İran istehsalı olan iki yeni uçan pilotsuz aparat - "Mohajer B" və "Hazem 3" təqdim edilib.

Trend