Dünya 15:51 17.01.2020

İran: ”Ukraynalıların cəsədlərini göndərməyə hazırıq”

İranın Xarici İşlər naziri Cavad Zərif ukraynalı həmkarı Vadim Pristayko ilə telefon danışığı zamanı Tehranın Boeing qəzasında həlak olan ukraynalıların cəsədlərini Kiyevə göndərməyə hazır olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, bundan əlavə, İran Ukrayna mütəxəssislərini qəbul etməyə və qara qutunun açılması prosesinə buraxmağa razılıq verib.

Pristayko raketin atılması nəticəsində təyyarənin ölümündə günahını etiraf etdiyinə görə İrana minnətdarlığını bildirib.

Alpər