İran-İraq sərhəddində 12 noyabr tarixində baş verən 7,3 bal gücündə zəlzələnin nəticələrinin əks olunduğu fotolar yayılıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 450 nəfərin öldüyü, 6 minə yaxın insanın yaralandığı zəlzələdən insanları xilasetmə tədbirləri artıq yekunlaşdırılıb. Artıq sadəcə zərərçəkənlərə yardım çatdırılır. Ərazidəki tək xəstəxana dağıldığı üçün yaralılar paytaxt Tehrana aparılır.

Sarpol Zahab bölgəsini yerlə yeksan edən zəlzələdən yayılan fotolarda dağıntılar altında qalmış insanlar, uçmuş tikililər, yaxınlarının ölümünə ağlayan insanlar görünür. 

Qeyd edək ki, təbii fəlakət son 50 ilin ən güclü zəlzələsi hesab edilir.

Gülşən
Qaynarinfo.Az