Livanın Hizbullaha yaxınlığı ilə tanınan Əl Əxbar qəzeti İran hökümətinin İsrailə qarşı atacağı addım barədə yazıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qəzetin redaktoru İbrahim Əl Amin İsrailin ötən həftə Suriyada İran hərbi bazasına təşkil etdiyi hücumun cavabının veriləcəyini açıqlayıb. O bildirib ki, İran heç bir müttəfiqə ehtiyac duymur və Fələstin ətrafında İsrailə qarşı addım atacaq.

Qeyd edək ki, İsrailin Tayfur hərbi bazasına hücumunda İranın 7 nəfər hərbi vəzifəli şəxsi dünyasını dəyişmişdi.

Gülşən