Dünya 14:31 10.11.2019

İranda 53 milyard barel ehtiyata sahib neft yatağı aşkarlandı

İran prezidenti Həsən Ruhani 53 milyard barel neft ehtiyatına sahib yataq aşkarladıqlarını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Ruhani "ABŞ sanksiyalarına baxmayaraq iranlı işçilər üçün vacib yataq kəşf etdik" , - deyə bildirib. Neft yatağı Xuzistanda yerləşir.

Qeyd edək ki, kəşfdən sonra İranın neft ehtiyatı 1/3 qədər artacaq.

Gülşən