Dünya 15:00 18.02.2018

İranda baş vermiş təyyarə qəzasının səbəbi məlum oldu

İranda qəzaya uğrayan "ATR 72-500" təyyarəsindəki 66 nəfər həlak olub və qəzanın səbəbi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, Tasnim xəbər agentliyi "Aseman Airlines" şirkətinin sözçüsü Məhəmməd Tağı Təbatəbaiyənin açıqlamasını yayımlayıb.

Bildirilir ki, 08:00-da Tehrandan Yasuc şəhərinə yola düşən təyyarə 50 dəqiqə sonra əlverişsiz hava şəraiti səbəbilə Dena dağına çırpılıb və 60 sərnişin, 6 ekipaj üzvü həlak olub.

Gülşən