Dünya 23:26 12.11.2018

İranda bəzi estetik əməliyyatlar qadağan edildi

İranda "Eşşək qulağı” və "Keçi gözü” estetik əməliyyatını etmək və etdirmək qadağan edilib.

İran KİV-ləri yazır ki, bunu parlamentin Hüquq komissiyasının sözçüsü Həsən Novruzi deyib.

Onun sözlərinə görə, qadağanı pozan 10 gündən 2 aya qədər həbs, 74 şallaq zərbəsi ilə cəzalandırılacaq. H.Novruzi bu növ əməliyyatın ictimai əxlaqa zidd olduğunu vurğulayıb.

İran dünyada estetik əməliyyatların aparılmasna görə ilk sıralardadır.(virtualaz.org)