Dünya 10:08 18.04.2018

İranda helikopter qəzası: 2 ölü, 2 itkin

İrana aid helikopter Fars körfəzində qəzaya uğrayıb.

Qaynarinfo Gulf News-a istinadən xəbər verir ki, infarkt keçirən neft işçisini daşıyan helikopterdə 5 nəfər olub. Nəticədə xəstə və hərbi tibbi işçisi dünyasını dəyişib. Qəzada pilot xilas ola bilib, digər 2 nəfər isə itkindir.

Hadisənin səbəbi hələlik bilinmir.

Gülşən