Dünya 12:38 23.04.2013

İranda kişilər qadın paltarında - ŞOK AKSİYA

İranda sosial şəbəkələrdə şok aksiyaya start verilib.

Qaynar.info-nun verdiyi xəbərə görə, gənclər kütləvi sürətdə qadın paltarları geyinərək, şəkillər şəkdirir və bu fotoları sosial şəbəkələrdə paylaşırlar. 

Bu kampaniyada məqsəd İranda məhkəmələrdən birinin qəbul etdiyi qeyri-adi hökmə etiraz etməkdir. Belə ki, məhkəmə iki kürd əsilli İran vətəndaşına qadın paltarı geyindirib, küçədə gəzməyə məcbur edib. Məhkəmənin bu qərarı niyə qəbul etdiyi, gənclərin nədə ittiham olunduğu ilə bağlı məlumat yoxdur.

Qaynar.info