Dünya 14:00 02.12.2018

İranda qadın jurnalistə 12 il 9 ay həbs verildi

İranda bir zamanlar müxalifət liderlərindən biri olan Mehdi Kərrubinin sözçüsü olan qadın jurnalist Həngamə Şəhidi 12 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb. Agentliyə açıqlama verən jurnalistin vəkili Mustafa Türk Həmədani həbs cəzası ilə yanaşı müvəkkilinə 2 il jurnalistlik fəaliyyətindən uzaqlaşdırılma və xaricə çıxış qadağası da qoyulduğunu bildirib. O, istintaq prosesi və ittiham aktının gizliliyi səbəbindən məhkəmə prosesi ilə bağlı əlavə məluat verə bilməyəcəyini söyləyib.

Həmədani məhkəmə qərarına etiraz olaraq, apellyasiya şikayəti verdiklərini də diqqətə çatdırıb.

Qeyd edək ki, avqust ayından bəri saxlanılan jurnalistə qarşı ittihamlar rəsmi dairələr tərəfindən açıqlanmayıb. Şəhidi saxlanıldıqdan bir müddət öncə London qəzetlərindən birinə verdiyi müsahibəsində ölkə rəhbərliyini tənqit etmişdi.

O, daha öncə də həbs olunmuş və 4 aydan sonra azadlığa buraxılmışdı.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!