Dünya 18:54 11.12.2013

İranda qalmaqal - NAZİR VƏ GENERAL QIRĞINA ÇIXDILAR

İran İnqilab Keşikçiləri Korpusu ilə Xarici İşlər Nazirliyi arasında böyük qalmaqal yaşanıb.

Qaynar.info
xəbər verir ki, İnqilab Keşikçilərinin komandanı Məhəmməd Cəfəri xarici işlər naziri Cavad Zərifin ordu haqqındakı açıqlamalarına sərt cavab verib.

Zərif ötən həftə verdiyi açıqlamasında Qərbin İran ordusundan qorxmadığını və ABŞ-ın bir neçə bomba ilə hava müdafiə sistemlərini yox edə biləcəyini söyləmişdi.

Cəfəri isə bu açıqlamalara sərt cavab verib. General FARS xəbər agentliyinə verdiyi açıqlamasında Zərifi hədəf göstərərək, "Təcrübəli diplomatdır, amma hərbi məsələlərdə şərh vermək qabiliyyəti yoxdur" deyib.

Qaynar.info