Sağlamlıq 22:30 30.12.2018

İranda QİÇS-ə yoluxan qadınların sayı 10 dəfə artıb

İki il öncədən İranda QİÇS-in yayılmasının əsas yolu cinsi əlaqə olmuşdur. Bir zamanlar bu xəstəliyin nəqli kişi narkomanları arasında 97%, qadın narkomanlar arasında 3% idi. Lakin ötən iki il ərzində cinsi əlaqə ilə xəstəliyə yoluxan qadınların sayı 10 dəfə artıb.

Trend-in məlumatına görə, bu sözləri İranın QİÇS Araşdırmalar Mərkəzinin direktoru Minu Möhrəz deyib.

Onun sözlərinə görə, ölkədə QİÇS virusuna yoluxanların əksəriyyəti 25-40 yaşlılardır. Bu sahədə məlumatlandırmanın zəifliyi, təlimlərin olmaması xəstəliyin artmasına gətirib çıxarıb.

Möhrəz əlavə edib: Cinsi əlaqəyə görə, QİÇS gənclər, xüsusilə də qadınlar arasında artmaqdadır. Bu sahədə cəmiyyəti məlumatlandırmaq səviyyəsi yüksəlməlidir. Çünki yeni xəstələr əsasən ali təhsillidirlər.

QİÇS Araşdırmalar Mərkəzinin rəhbəri deyib: QİÇS infeksiyalı xəstəlikdir və müalicə ilə nəzarətdə saxlamaq olar. Lakin bir çox insan onun adından qorxur. Hal-hazırda QİÇS nəqli əsasən cinsi əlaqə vasitəsi nəticəsində baş verir.

"Bir zamanlar bu xəstəliyin yayılması əsasən narkomanlar arasında idi. Proqramın icra olunması ilə çox yaxşı şəkildə idarə olundu. Belə ki, hazırda İran narkomanlar arasında QİÇS virusunun xəsarətinin azaldılması istiqamətində söz sahibidir” – deyə o bildirib.