Dünya 09:25 13.02.2018

İranda "quş qripi" həyacanı: 25 milyon toyuq məhv edildi

İranda "quş qripi" təhlükəsi getdikcə böyüyür. 

Qaynarinfo xəbər verir ki, indiyədək ölkə ərazisində 25 milyon toyuq bu səbəbdən məhv edilib.

Bu barədə ILNA xəbər agentliyinə Tehran Toyuq və Yumurta İstehsalçıları Birliyinin rəhbəri Nasir Nəbipur açıqlama verib: "Təxminən 25 milyon toyuq xalqın sağlamlığının qorunması məqsədi ilə məhv edilib". 

Nasir Nəbipur bu vəziyyətin yumurta istehsalını azaltıdığın və nəticədə qiymətlərin bahalaşdığını bildirib.