Dünya 17:09 19.11.2019

İranda SEPAH-ın yüksək rütbəli şəxsi öldürüldü

İranda baş verən hadisələrdə İran İnqilabı keşikçilərindən bir nəfər yüksək rütbəli şəxsin öldürüldüyü deyilir.

Qaynarinfo Türkiyənin ATV kanalına istinadən xəbər verir ki, İranda "İran İnqilabı Keşikçiləri"ndən bir nəfər yüksək rütbəli şəxs qəzəbli xalq tərəfindən öldürülüb.

İranda baş verən hadisələrdə, yüksək rütbəli "İran İnqilabı Keşikçiləri"ndən bir nəfərin öldürüldüyü deyilir. 

Xatırladaq ki, benzinin bahalaşması ilə başlayan etirazlar İranın bütün şəhərlərində həyatı iflic edib. Etirazların yatırıldığı bildirilsə də, İran höküməti internetə və xaricdən gələn telefon zənglərinə qadağalar tədbiq edib. Hazırda İranla əlaqə saxlamaq mümkünsüzdür.