Dünya 17:43 16.04.2013

İranda şiddətli zəlzələ - YÜZLƏRLƏ ÖLÜ - FOTOLAR - VİDEO - YENİLƏNİB

İran Dövlət Televiziyası azı 40 nəfərin öldüyü haqda xəbər yaysa da, adının çəkilməsini istəməyən rəsmi şəxslər yüzlərlə adamın öldüyünü bildiriblər.

16:16

İranda 8 bal gücündə zəlzələ baş verib. 

Qaynar.info-nun məlumatına görə, zəlzələnin episentri İran-Pakistan sərhədidir. 

Zəlzələnin bütün Yaxın Şərq ölkələrində hiss edildiyi bildirilib. 

Zəlzələnin təsiri o qədər güclü olub ki, hətta Hindistanın paytaxtı Yeni Dehlidə hiss olunub. BBC-nun məlumatına görə, yeni Dehlidəki hündürmərtəbəli binalar silkələnib. Hökuməti həmin binalardan insanların təxliyyə olunmasını əmr edib. 

İran rəsmiləri dağıntı və tələfat barədə heç bir məlumat verməyiblər. 

Qaynar.info