Dünya 15:13 22.08.2018

İranda türklər təhqir edildi, azərbaycanlılar etiraza başladı (FOTO)

İranın "Tasnim” xəbər agentliyinin qaşqay türkləri ilə bağlı yayımladığı qərəzli karikaturaya azərbaycanlılar sərt reaksiya göstəriblər.

Qaynarinfo kult.az-a istinadən xəbər verir ki, İranda iqtisadi mafiyanın qaşqay türkləri ilə əlaqələndirilməsi həmyerlilərimizi hiddətləndirib. Onlar karikaturada qaşqay papağından deyil, molla əmmaməsi və ya SEPAH-ın uniformasından istifadə etməyin daha doğru olduğunu bildiriblər.

Qeyd edək ki, "Tasnim” yaydığı bir karikaturada ölkədə baş verən korrupsiya və oğurluğu qaşqay türkləri ilə əlaqələndirib.

Azərbaycanlı sosial şəbəkə istifadəçiləri SEPAH-ın türklərə qarşı təhqiramiz mövqeyini kəskin şəkildə pisləyiblər.