Ekonomiks 14:23 14.08.2018

İrandan ABŞ sanksiyalarına qarşı addım: nefti ucuzlaşdırdı

İran ABŞ-ın neft sanksiyalarına qarşı neftin qiymətini aşağı salıb.

Qaynarinfo xəbər verir ki, bu barədə İran Neft Nazirliyi açıqlama ilə çıxış edib və beynəlxalq neft bazarındakı tələbləri, digər neft ixracatçısı ölkələrin endirimlərini nəzərə alaraq müştərilərə daha aşağı qiymətin təklif ediləcəyini vurğulayıb. 

Qeyd edək ki, 5 noyabr tarixində ABŞ-ın İrana tətbiq etdiyi neft sanksiyası qüvvəyə minəcək. İran gündə 2 milyon 200 min barel neft ixrac edir. Satış Çin, Hindistan, Cənubi Koreya, Yaponiya və Avropa ölkələrinə həyata keçirilir. Bu ay ölkənin neft qiymətlərində 60-80 sent endirim etməsi barədə xəbərlər yayılmışdı.

Gülşən