Sənət 18:07 26.01.2018

İrandan azərbaycanlı müğənniyə qadağa

Təbrizdə musiqi sahəsinə nəzarət edən rəsmi sistem "mafiya” kimi rəftar edir.

Qaynarinfo kult.az-a istinadən xəbər verir ki, bunu güneyli müğənni Əli Pormehr jurnalistlərə açıqlamasında deyib.

"Mafiya mənə Təbrizdə konsert keçirməyə imkan vermir. Lakin bu, işin sonu deyil, mən icazə almaq üçün cəhd göstərəcəm”, - deyə o bildirib.

Azərbaycanlı müğənni son günlərdə Tehranda Təbrizin "Traktor” futbol klubu ilə Tehranın "Perspolis” komandası arasında keçirilən görüşdə "Perspolis” tərəfdarlarının Azərbaycan türklərinin ünvanına söyüşlər səsləndirməsindən narahat olduğunu və onlara cavab olaraq "Tehran türkləri” mahnısını oxuduğunu deyib.

Qeyd edək ki, Əli Pormehr Azərbaycan türkcəsində ifa etdiyi mahnılarla Azərbaycanda çoxlarının rəğbətini qazanıb.