İrandan etiraf:

İrandan etiraf: "Azərbaycan haqlı olsa da, Ermənistanın tərəfini tutduq"

İran İslam İnqilabının əsas ideoloqlarından biri Ayətulla Murtəza Mütəhhərinin oğlu İran parlamentinin üzvü Əli Mütəhhəri ölkəsinin Qarabağ, Uyğur Respublikası, Kəşmir və Çeçenistanla bağlı mövqeyini tənqid edib.

Qaynarinfo xəbər verir ki, Ə.Mütəhhəri Cammu və Kəşmirdə gedən son proseslərlə bağlı yazılı açıqlama verib, İranın xarici siyasəti ilə razılaşmadığını dilə gətirib:

"Hindistan hökumətinin Cammu və Kəşmirin muxtariyyətini ləğv etməsi məzlum xalqın haqlarının olmaması deməkdir və Hindistan burada zalım mövqeyindədir. İranın Pakistan və Hindistanı sabitliyə dəvət etməsi kifayət deyil. Biz digər müsəlmanların düşdüyü vəziyyətə laqeyd qala bilmərik".

Millət vəkili ölkəsinin Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanın tərəfini tutduğunu etiraf edib: Azərbaycan və Ermənistan arasındakı Qarabağ problemində də Azərbaycanın haqlı olmasına rəğmən etnik narahatlığa görə Ermənistanın tərəfini tutduq. Çinin Uyğur vilayətindəki müsəlmanlara, Rusiyanın çeçenlərə qarşı işgəncə və təzyiqlərinə görə lazımi mövqe nümayiş etdirmədik. Kəşmirdə yaşayan xalqın haqqının təmin edilməsinə kömək etməliyik. "

Gülşən

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR