Dünya 15:26 29.04.2013

İrandan PKK-ya: "Geri çəkilmə, nə istəyirsən verirəm" İDDİA

İranın PKK terror təşkilatını geri çəkilmə qərarından döndərmək üçün Qəndildə gizli danışıqlar apardığı ortaya çıxıb. 

Qaynar.info-nun Milliyət qəzetinə istinadən verdiyi məlumata görə, PKK-nın silahlı qanadı olan KCK rəhbəri Murat Karayılanla görüşən İranın məşhur kəşfiyyatçısı Qasım Süleymaninin mübarizəyə davam etməsi şərtilə PKK-ya ağır silahlarla yanaşı hər cür dəstək təklif etdiyi məlum olub. 

Həmin danışıqlarda PKK-nın Qəndildəki nümayəndələri ilə İranın kəşfiyyat və İnqilab Keşikçiləri Korpusunun yüksək səviyyəli rəsmilərinin danışıqlar apardığı, terror təşkilatına hər cür silahlı dəstək təklif etdiyi, lakin PKK rəhbərliyinin bu təklifi rədd etdiyi bildirilib.  

Qəzet yazıb ki, bu təkliflər İran tərəfindən dəfələrlə edilib. Sonuncu təklif İran dərin dövlətinin ən önəmli şəxslərindən olan Qasım Süleymani tərəfindən birbaşa Murat Karayılanla aparılıb. İranın ali dini lideri Seyid Əli Xamneyinin yaxınlarından olan və Tehranın bütün İraq və kürd bölgələrindəki siyasətini yönləndirən Süleymani Karayılanı geri çəkilmə prosesindən imtina etməyə çalışdığı və silahlı mübarizəni buraxmamamq təklifi edib. Bu məlumat həm Türkiyə, həm də Şimali İraqdakı Regional Kürd İdarəçiliyi tərəfindən təsdiq edilib. 

Ancaq PKK rəhbərliyi İmralıda həbsdə olan Abdullah Öcalana görə İranın bu təklifini rədd edib. 

Qaynar.info